İqtisadiyyat

“Almaniya Azərbaycana ixracı artırmağı planlaşdırır”

2023-cü ilin yekunlarına görə, Almaniya Azərbaycana ixracı artıraraq 500 milyon dollardan yuxarı həddə çatdırmağı planlaşdırır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-ə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru Tobias Bauman deyib.

Onun sözlərinə görə, Azərbaycanla Almaniya arasında xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,2 milyard dollardan yuxarı olub.

“Almaniya Azərbaycana 472 milyon dollar dəyərində məhsul ixrac edib və ölkədən 1,7 milyard dollar dəyərində məhsul idxal edib. Almaniyanın Azərbaycandan idxalının daha yüksək həcmi neft-qaz sektorunun payına düşüb”, – o deyib.

Qeyd edək ki, Azərbaycanla Almaniya arasında əmtəə dövriyyəsi 2023-cü ilin yanvar-aprel aylarında 578,933 milyon dollar olub. Azərbaycan Almaniyadan 263,439 milyon dollar dəyərində məhsul idxal edib və ölkəyə 315,494 milyon dollar dəyərində məhsul ixrac edib.

İlk dörd ay ərzində Azərbaycandan Almaniyaya ixrac edilən neft və neft məhsullarının dəyəri 301,359 milyon dollar olub ki, bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 65,75 faiz və ya 119,545 milyon dollar çoxdur.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button