Ölkə
AMEA-nın binasında ÖLÜM
Azərbaycan Milli Elmlər Akademiyasının inzibati binasında ölüm hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,\ sentyabrın 5-də saat 12 radələrində H.Cavid prospekti, 23-də yerləşən binada akademiyanın əməkdaşı 1964-cü il təvəllüdlü Nəsir Köçəri oğlu Nəsirov dünyasını dəyişib.
Bildirilib ki, N.Nəsirov qurumun təsərrüfat şöbəsində bağban kimi çalışırmış.
Onun infarktdan öldüyü qeyd edilib.
Faktla bağlı araşdırmalar aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun