Dünya

Amerikalı oğlan Ginnesin Rekordlar Kitabına düşdü

Amerikalı oğlan Ginnesin Rekordlar Kitabına düşdü

ABŞ-nin Cənubi Dakota ştatından olan 17 yaşlı oğlan yeniyetmələr arasında ən uzun saç uzatmaqla Ginnesin Rekordlar Kitabına düşüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

 Qazi.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rekordlar Kitabının saytında məlumat verilir.

Yerli Amerika tayfasından olan Ruben Luksun onun boyunda olan yeniyetmə oğlanlar arasında dünyanın ən uzun saçına sahib olduğu təsdiqlənib. Onun saçının uzunluğu 161 sm-dir.

Cənubi Dakota ştatının Rapid Siti sakini Ruben iki yaşından bəri saçını kəsdirməyib. O, saçının uzunluğu 146 sm olan hindistanlı Sidakdip Sinqh Çahalın rekordunu qırıb. Böyüdükcə öz tayfasının ənənəsinə uyğun olaraq saçını uzatmağa davam edib.

Yeniyetmə qeyd edib ki, mədəniyyət cəhətdən uzun saç Lakota xalqının mənəviyyatının bir hissəsidir. Bu yolla oğlan öz xalqının adət-ənənələrini qoruyur.

Bildirilir ki, kişilər arasında ən uzun saç üzrə rekordu Madrasdakı (Hindistan) Tirudaduturay monastırının abbatı Svami Pandarasannadhiyə məxsusdur. 1949-cu ildə onun saçının uzunluğu 7,9 m olub, yeniyetmələr arasında isə indiyə qədər qeydə alınan ən uzun saç üzrə rekordu hindistanlı Nilanşa Patel qırıb – qız saşlarını 2021-ci ildə kəsdirib və muzeyə bağışlayıb.

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button