Anar Əsədli HƏBS EDİLDİ

Anar Əsədli HƏBS EDİLDİ

Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli həbs edilib.

Milli.Az xəbər verir ki, o ayrı-ayrı şəxslərin külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir.

Anar Əsədliyə qarşı Cinayət Məcəllisinin 178-ci maddəsi ilə cinayət işi başlanılıb. Barəsində məhkəmə qərarı ilə 2 ay 23 gün müddətə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, A.Əsədli ötən günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılaraq dindirilmişdi.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir