Ölkə

Anasından Leyla Quliyeva ilə bağlı paylaşım

Aparıcı Leyla Quliyevanın anası Raziyə Sultanova qızı ilə bağlı paylaşım edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az olay-a istinadən bildirir ki, R. Sultanova aparıcının ad günü olduğunu bildirərək bu sözləri yazıb:

“Yaşama səbəbim, yaşın az olsa da, həyatda yol göstərənim, hər büdrəyəndə, o cüssəsiz çiyinlərinlə mənə təkan olanım! Adımın sonuna şərəfli nənə sözünü bağışlayan qızım!

Allah mənə sənin kimi övlad, cəmiyyətə sənin kimi xeyirli, sədaqətli, dəyərli bir insan, dost, qohum, yoldaş bəxş etdiyinə görə xoşbəxtəm. Həyatın keşməkeşli yollarını mənimlə birgə addımladın, arxam-dayağım, sirdaşım oldun. Bu gün isə yaşının üstünə yaş gəlir, amma mənim üçün sən, yenə də, balaca, məsum, hörüklü Leylamsan. Şükürlər olsun Allaha, səninlə bağlı ümidlərim, arzularım öz həllini tapıb! Sənə həyatda möhkəm durmağı, daim irəli getməyi arzulayıram. Gözəl ailənlə ürəyin istədiyin mənalı, sağlam ömür sürəsən, ən ümdə məqsədin olan-övladlarının cəmiyyətdə xeyirli, layiqli mövqe tutmasının şahidi olasan! Sağlam canla uzun, mənalı ömür nəsibin olsun!”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button