Ölkə

Ancelina Coli Fələstin-İsrail münaqişəsindən DANIŞDI

Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli sosial şəbəkələrdə İsrail və Qəzza zolağında atəşkəsə çağırdığı post dərc edib.  

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, Hollivud ulduzu paylaşımında ilk növbədə heç bir tərəfi deyil, münaqişədən əziyyət çəkən mülki əhalini dəstəklədiyini bildirib. 

“Dünyada milyonlarla insan kimi, mən də son həftələr İsraildə bu qədər mülki şəxsin ölümü ilə nəticələnən terror aktından qəzəbləndim və pis oldum və necə kömək edə biləcəyimi düşündüm. Mən də bütün girovları dərhal geri qaytarılması üçün dua edirəm. Bu qədər uşaq öldürüldü və ya yetim qaldı. İsraildə baş verənlər terror aktı idi. Amma bu, nə qədər insana haqq qazandıra bilməz. Qəzzada dinc əhalinin bombalanması nəticəsində günahsız insan həyatını itirdi. Qaçmağa yeri olmayan, qida və suya çıxışı, evakuasiya imkanı olmayan, sığınacaq axtarmaq üçün sərhədi keçmək kimi sadə insan hüququndan belə məhrum olan əhali oldu”, – deyə Ancelina vurğulayıb.

Qeyd edək ki, Coli uzun müddətdir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi olub.

Ancelina xüsusi nümayəndə kimi Keniya, Tayland, Ekvador, Sudan, Kosovo, Anqola, Şri-Lanka və İordaniyadakı İraq qaçqın düşərgələrində humanitar missiyalar çərçivəsində olub. Aktrisa, həmçinin münaqişədən zərər çəkənlərə tibbi yardım göstərən təşkilata ianə etdiyini açıqlayıb. 

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button