Ölkə

Ancelina indidən utancaq qızı üçün iş tapdı

Dünyaca məşhur aktrisa Ancelina Coli qızına indidən iş tapıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, 48 yaşlı aktrisa Bred Pittlə evliliyindən dünyaya gələn 15 yaşlı əkizlərindən olan Vivyen Marçelin adlı qızını köməkçi kimi işə götürüb.

Vivyen, Ancelina Colinin baş rolda çəkildiyi “The Outsiders” filminin Brodvey prodüsserliyində anasının köməkçisi kimi çalışacaq.

Ancelina Coli bu mövzuda verdiyi açıqlamada qızı Vivyenin şəxsiyyətinə uyğun olaraq belə bir qərar verdiyini bildirib: “Vivyen diqqət mərkəzində olmağa deyil, yaradıcı insanları dəstəkləməyə fokuslandığı üçün mənə anamı xatırladır”.

15 yaşlı qızının teatr sənətinə maraq göstərdiyini bildirən Coli bu istiqamətdə özünü təkmilləşdirmək üçün çox səy göstərdiyini əlavə edib.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button