Ölkə

Aparıcı Çinarənin qayınatası: “Bizdən ayrı yaşayacaqlar”

Bir neçə gün əvvəl aparıcı Çinarə Əliyeva və plastik cərrah Ruslan Rəsulun toyu olub. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bəy və gəlinin valideynləri “Səhər mərkəzi” verilişinə müsahibələrində cütlüyə “xeyir-dua” verib. 

Ruslanın anası Mehriban Rəhimova “Ömürlərinin sonuna kimi xoşbəxt ailə həyatları olsun. Sağlam canları və övlad sahibi olsunlar” sevinc hisslərini dilə gətirib. 

Bəyin atası Rəsul Rəhimov isə “Onlara can sağlığı arzu edirəm. Çinarə və Ruslan bizdən ayrı yaşayacaqlar. Onlar evlənirlərsə, bizdən ayrı yaşamalıdırlar” fikrini bildirib. 

Çinarənin anası Aidə Əliyeva qızına xoşbəxtlik arzu edərək, verdiyi hədiyyələrdən söz açıb: 

“Qızıma qızıl bilərzik bağışlamışam”. 

Ruslanın bacısı Vüsalə Salmanova isə Çinarəyə baldızlıq etməyəcəyini bildirib: 

“Mən Çinarəyə baldızlıq yox rəfiqəlik edəcəyəm. Çinarəni həddindən artıq çox istəyirəm. Çinarə bacımdır”. 

Daha sonra kamera önünə keçən Ruslan vurğulayıb ki, həyat yoldaşı Çinarə bundan sonra toylarda aparıcılıq etməyəcək: 

“Çinarə xına və nişan məclislərini aparacaq. Çünki o məclislər əsasən xanımlardan ibarət olur. Buna qadağa yoxdur”. 

Çinarə isə öz növbəsində bildirib ki, Ruslan ona yalnız toylarda aparıcılıq etməsinə qadağa qoyub.  

“Toylarda bəylər olduğu üçün Ruslan məni heç kimlə bölüşmək istəmir”. 

 

Sonda ikili toydan sonra Dubaya bal ayına gedəcəklərini açıqlayıblar.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button