Ölkə

Apteklərdə hələ də şəxsi məqsədlər üçün gətirilən dərmanlar satılır

Keyfiyyətsiz və ya şəxsi məqsədlər üçün ölkəyə gətirilən dərmanlar apteklərə necə yol  tapır?

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Mətin Məcidli qeyd edib ki, şəxsi istifadə üçün gətirilən dərmanların apteklərdə satışına yoxlamalar zamanı dəfələrlə rast gəlinib.

Onun sözlərinə görə, rəsmi yolla idxal olunan dərmanların hamısının üzərində nəzarət markası və içərisində azərbaycanca içlik vərəqəsi olur, digərlərində isə yox.

Analitik Ekspertiza Mərkəzi planlı və plandan kənar yoxlamalar zamanı bu cür hallara rast gəlindiyi halda tədbir görür.

Mətin Məcidli həmçinin əhaliyə müraciət edərək bildirib ki, apteklərdəki dərmanlarla bağlı şikayət və təkliflərini Analitik Ekspertiza Mərkəzinin “birpəncərə” sisteminə, “Qaynar xətt”inə və ya pharma.az saytının müraciət bölməsindən elektron şəkildə müraciət edərək bildirsinlər.

Dövlət Gömrük Komitəsindən məsələ ilə bağlı Xəzər Xəbər”in sorğusuna cavab olaraq bildirldi ki, dərman vasitələrinin fiziki şəxslər tərəfindən ölkə ərazisinə şəxsi istifadə üçün gətirilməsinə yalnız şəxsi istifadə üçün nəzərdə tutulmuş miqdarda və Azərbaycanda qeydiyyatda olan dərman vasitələri olduğu halda icazə verilir. Bunun üçün isə heç bir gömrük ödənişi tələb olunmur.

“Dərman vasitələrinin 2 ədəd artıq olması kommersiya məqsədini daşımaya da bilər.”

Yalnız keçirilmə xüsusiyyətindən asılı olaraq gömrük əməkdaşı malın təyinatını müəyyən edə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button