Ölkə

“Aqro-Vest DC” şirkətinin futbol üzrə “Heydər Əliyev Kuboku” başa çatdı

İyulun 16-da “Aqro-Vest DC” şirkətinin öz əməkdaşları arasında keçirdiyi, iki aydan bəri davam edən futbol üzrə “Heydər Əliyev Kuboku” başa çatdı. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən turnirin ötən bazar günü Bakı Olimpiya Stadionunun kiçik meydançasında üçüncü yer və çempionluq uğrunda yarışları keçirildi.

Öncə “Caffino” və “Slavyanskoe” komandaları 3-cü yer uğrunda güclərini sınadılar. Yarış gərgin şəraitdə keçdi və “Slavyanskoe” rəqibini 7:1 hesabıyla məğlub etdi.

Əyləncəli fasilədə azarkeşlər “Nero” rəqs qrupunun təqdimatında maraqlı performansa baxdılar və şirkətin işçiləri arasında uduşlu lotoreya oyunu keçirildi, qaliblər dəyərli hədiyyələrlə təltif olundular.

Çoxdan gözlənilən an gəldi. Final oyununu şəhid övladları Ərtoğrul Kamran oğlu və Ramal Elcan oğlu topa toxunaraq başlatdılar. Bu oyunu səbirsizliklə gözləyən azarkeşlər çempion adına iddialı olan iki güclü komandanın – “Lukas” və “Aplus”un gərgin mübarizəsini böyük maraq, coşqu ilə izlədilər.

Oyunda hesabı ilk olaraq açan “Aplus” komandası sona kimi rəqibi üzərində üstünlüyünüqorumağı bacardı. Qarşılaşma boyu hər iki komandanın qapısı ağzında dəfələrlə real qol təhlükəsi yarandı. Gərgin keçən matç “Aplus”un 4:1 hesablı qələbəsilə başa çatdı. Beləliklə, “Lukas” ikinci, “Slavyanskoe” isə üçüncü oldular.

Oyunların ardınca qalib və mükafatçı komandaların təltifetmə mərasimi keçirildi və kubok öz sahibinə təqdim edildi. İlk üç yeri tutan komandalara “Aqro-Vest DC” şirkəti tərəfindən pul mükafatları verildi.

Turnirin ən yaxşı qapıçısı və bombardirinə də kuboklar təqdim edildi.

Beləliklə, builki “Heydər Əliyev Kuboku”nun sahibi “Aplus” komandası oldu və çempionluğun rəmzi sayılan kuboku başı üzərinə qaldırdı.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button