Ölkə

Arazdəyənin üzərində Bayrağımız dalğalanır – FOTO

Arazdəyənin üzərindəki strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumat və fotonu erməni vəkil Raffi Aslanyan paylaşıb.

O iddia edib ki, ərazinin yaxınlığında əvvəllər erməni hərbi hissəsi yerləşib. Oradan Azərbaycanın Sədərək şəhərini, Naxçıvandan Türkiyə ilə sərhəd-keçid məntəqəsinə gedən yolu adi gözlə izləmək mümkün idi.

Aslanyanın iddiasına görə, hazırda orada Azərbaycan Ordusu yerləşib.

Sözügedən yüksəklik Arazdəyəndən İrana gedən yola tam nəzarət imkanı verir.

Qeyd edək ki, Azərbaycan Ordusu və DSX yalnız öz ərazisində, öz strateji mövqeyindədir. Əgər orada yeni sərhəd postu yaradılıbsa, bunun ermənilərə heç bir aidiyyəti yoxdur.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button