Ölkə

Arif Hacılıdan oğlunun qəzasına reaksiya – YENİLƏNİB

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az APA-ya istinadən bildirir ki, sosial şəbəkədə yayılan görüntülərdə Yasamal rayonu ərazisində, Hüseyn Cavid prospektində sərxoş olduğu iddia olunan sürücünün qəza törətdiyi əks olunub. “Honda” markalı avtomobil manevr edəndə bir neçə avtomobilə çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu, avtomobillərə ziyan dəydiyi bildirilir.

Məlumata görə, Orxan Hacılı hadisəni törədəndən sonra hadisə yerindən yayınıb.

Müsavat başqanı Arif Hacılı APA-ya belə bir hadisənin baş verdiyini deyib: “Şükürlər olsun ki, qəza nəticəsində xəsarət alan, ziyan çəkən olmayıb. Yəqin ki, araşdırılacaq və müvafiq qərar qəbul olunacaq”.

A.Hacılı oğlunun sərxoş olması, qəzadan sonra yayınması barədə verilən məlumatların əsassız olduğunu açıqlayıb: “Oğlum qəzadan sonra iki dəfə polis idarəsində olub, təxminən bir həftədir ki, sənədləri də ordadır”.

——–

15:24

Sosial şəbəkələrdə hadisəni törədən şəxsin Müsavat partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı olduğu bildirilir. Məlumata görə Orxan Hacılı qəza törətdikdən sonra qaçmış və  əvəzinə başqa şəxsi hadisə yerinə göndərərək sürücü kimi göstərməyə cəhd etmişdir.

Milli.Az azerforum-a istinadən bildirir ki, məsələ ilə bağlı Arif Hacılı və Orxan Hacılı ilə əlaqə saxlamağa çalışsaq da, məlumat almaq mümkün olmamışdır.

Qeyd edək ki, Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib. Sosial şəbəkələrə yayılmış görüntülərə və şahidlərinin verdiyi məlumata görə hadisə Hüseyn Cavid prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Honda” markalı avtomobil yüksək sürətlə təhlükəli manevrlər edərək hərəkətdə olan avtomobilə, daha sonra isə yol kənarında dayanmış daha 3 avtomobilə çırpılıb. Qəza nəticəsində bir neçə nəfərin xəsarət aldığı və avtomobillərə ciddi ziyan dəydiyi bildirilir. Şahidlərin bildirdiyinə görə qəzanı törədən sərxoş sürücü avtomobildən düşərək hadisə yerindən qaçıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button