Artilleriya bölmələrimiz “hədəf”i dəqiqliklə vurdu – VİDEO
2023-cü ilin hazırlıq planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələrində atəş tapşırıqları icra edilib.
Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması və icrası üzrə tapşırıqları yerinə yetiriblər.
Təlimdə bölmələr reaktiv yaylım atəşi sistemlərindən döyüş atışları icra ediblər.
Təlimin keçirilməsində əsas məqsəd hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, raket və artilleriya bölmələrinin idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təşkilidir.
Milli.Az