“Artıq hiss edirəm ki, məndən ana olar”
Aktrisa Pərvin Abıyeva illər öncə səsləndirdiyi “Qardaşıma özüm kimi qız almaram” açıqlamasından danışıb.
Milli.AZ xəbər verir ki, sənətçi bu barədə jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” layihəsində açıqlama verib.
Pərvin deyib ki, bu fikri cəmiyyətin təzyiqinə görə səsləndirib:
“Bu məni yandırıb ki, deyirəm. Tanınmışlara insanlar tərəfindən bir aqressiya var. Bizi ciddiyə almırlar. Sanki onların ürəyi, hissləri yoxdur. Sanki heç kim səhv etmir. Əslində isə hamının səhvi var. Sadəcə bizi o qədər qəbul etmirlər ki, bizə bunu “yedirdiblər”, biz də qəbul etməyə başlamışıq. Bunu bizə aşılayıblar ki, sən tanınmışsan, hamı səni tanıyır, hər şeyin göz qabağında olub, bunları etmisən. Bunu mənə dedirdən də cəmiyyətin özüdür. Qınaqlar, ön yarğılar. Mən onsuz da reaksiya vermirəm. Bilmək olmaz, bəlkə də ən gözəl ailə, qayınana, həyat yoldaşı məndə oldu, başıma fırlandılar bəlkə… Əlbəttə ana olmaq istəyirəm. Hər qadın kimi ən böyük arzularımdan biridir. Artıq hiss edirəm ki, məndən ana olar. Məncə, ana olmaq üçün ideal yaş 25-26-dır. Mən özümü 18 yaşımda anladığım üçün mənim üçün 25-26 yaş idealdır”.
Milli.Az