Siyasət

Arutyunyan son çırpıntılarını yaşayır – Azər Qarayev

Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan son çırpıntılarını yaşayır, o, kimlərinsə əlində bir alət kimi istifadə edilir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu sözləri Trend-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

O qeyd edib ki, Qarabağda yaşayan ermənilərin Azərbaycanın təklifləri ilə razılaşmamaq şansı yoxdur.

“Azərbaycan sülh təklif edir və Azərbaycanın siyasəti beynəlxalq qanunlara söykənir. Azərbaycanın təklif etdiyi sülh müqaviləsində əksini tapan beş prinsipin də hər biri beynəlxalq hüquqa əsaslanır. Beynəlxalq ictimaiyyət də Azərbaycanın mövqeyini dəstəkləyir. Geci-tezi sülh müqaviləsi bağlanacaq, Zəngəzur dəhlizi də açılacaq. Arayikin Bakının tələbləri ilə razılaşmamaq kimi fikirləri isə xülyadır. Boğulan insan saman çöpündən də yapışır. Zaman Azərbaycanın xeyrinə işləyir. Qarabağdakı separatçıların son günləridir. Arayikin elə bir gücü yoxdur. O ancaq söz deyə bilər, heç bir şey edə bilməz. Qarabağdakı separatçıları çıxarmaq Azərbaycan üçün çətin məsələ deyil. Lakin Azərbaycan məsələni dinc yolla həll etməyə çalışır”, – deyə A.Qarayev bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində bu məsələyə bir daha aydınlıq gətirdi.

“Dövlət başçısı qeyd etdi ki, “Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq normal həyat yaşayacaqlar. Onlar manipulyasiyanın girovu olmağa son qoyacaqlar. Həmçinin onlar başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək. Bütün bunlar yalandır. Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm. Fikrimcə, həm Qarabağda yaşayan ermənilər, həm də Ermənistan və onun havadarları Prezidentin bu mesajından nəticə çıxarmalı və doğru seçim etməlidirlər. Bunun əksi onlara yaxşı heç nə vəd etmir”, – deyə Azər Qarayev əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button