Ölkə

“ASAN ödəniş” mobil tətbiqi bəzi smarftonlardan niyə silinib?

Bir neçə gündür ki, “ASAN ödəniş” mobil tətbiqi yükləndiyi bəzi smartfonlardan avtomatik olaraq silinib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, tətbiqin deaktiv ediləcəyi ilə bağlı istifadəçilərə heç bir xəbərdarlıq olunmayıb. İstər “Play Store”, istərsə də “Apple Store”da “ASAN ödəniş” yazıb axtarışa verdikdə isə proqram istifadəçini birbaşa “SMS radar” tətbiqinə yönləndirir.

Məsələ ilə bağlı “ASAN Xidmət”ə sorğu ünvanladıq.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.

O qeyd edib ki, “ASAN ödəniş” mobil tətbiqi “Play Store” və “Apple Store” hesablarında aparılan dəyişikliklə bağlı müvəqqəti deaktiv edilib.

“Bu gündən “Apple Store”da tətbiqin işi bərpa olunub, yaxın günlərdə “Play Store”da da mobil tətbiq aktiv olunacaq”,- deyə E.Niftəliyev əlavə edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button