Cəmiyyət

Asif Əsgərov Zaqatalaya YAD ADAM DEYİL… – Seçicilər isə deyir ki…

2024-cü il sentyabrın 1-də Azərbaycan Milli Məclisinin VII çağırış üzvlərinin seçilməsi üçün keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən şəxslərdən biri də Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Asif Əsgərovun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.

Qlobal.az xəbər verir ki, A.Əsgərovun namizədliyinin 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülməsini Zaqatala sakinlərinin böyük əksəriyyəti sevinc hissi ilə qarşılayıblar.

Sakinlərin sevincinə səbəb isə dövlətçiliyə, ulu öndər Heydər Əliyevin siyasi kursuna ən sadiq şəxslərdən hesab edilən Asif Əsgərovun onların deputatı seçiləcəyi təqdirdə illərlə yığılıb qalan sosial problemlərinin həll ediləcəyinə olan inamlarıdır.

Qeyd edək ki, Asif Əsgərov Zaqatalaya, zaqatala sakinlərinin sosial həyatına dərindən bələddir.

Belə ki, A.Əsgərov 2006-2009-cu illərdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Zaqatalaya Asif Əsgərovun rəhbərlik etdiyi dövrü sakinlər “qızıl dövr” adlandırır.

Xatırladaq ki, Asif Əsgərov elmi-pedoqoji fəaliyyətlə də məşğuldur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button