Ölkə

Aşurada toplanan qan vətəndaşlara pulla verilir?

Qana ehtiyacı olan xəstələrə yardım məqsədilə ölkəmizdə mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur. Onlardan biri də ötən gün baş tutdu.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü ilə bağlı respublikanın 27 şəhər və rayonu üzrə 35 müxtəlif ünvanda könüllü qanvermə aksiyaları keçirilib.

Səhiyyə Nazirliyinin yaydığı rəsmi məlumatda göstərilir ki, həmin qanvermə aksiyaları zamanı Bakı şəhəri üzrə 1 378, respublikanın digər şəhər və rayonları üzrə isə 935 nəfər, könüllü olaraq, ümumilikdə 1 040 litr qan verib.

Qanvermə ilə bağlı keçirilən aksiya sosial şəbəkələrdə də geniş müzakirə mövzusu olub. Müzakirələrə qoşulan vətəndaşların əksəriyyəti aksiyanı dəstəkləsə də, onları maraqlandıran suallara cavab tapmağa çalışanlar da olub.

Məsələn, Aşura ilə bağlı qanvermə aksiyası zamanı toplanan qan kimlər üçün istifadə ediləcək? Ümumiyyətlə, Mərkəzi Qan Bankında toplanan qan ehtiyacı olanlara ödənişli, yoxsa ödənişsiz qaydada verilir?

Vətəndaşları maraqlandıran bu suallara cavab almaq üçün Mərkəzi Qan Bankına sorğu ünvanladıq.

Qan Bankından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qanvermə aksiyasında toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəlikdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

“Qan verməyin qarşı tərəfin həyatını qurtarmaqla bərabər, donor sağlamlığı üçün də müsbət əhəmiyyəti var. Qanunvericiliyə görə, qan komponentlərinin donorluğu ödənişsizdir.

Mərkəzi Qan Bankında və onun səkkiz regional bölməsində müxtəlif tibb müəssisələrinə tələbnamələrə uyğun olaraq qan və qan komponentləri ödənişsiz və qeyd-şərtsiz buraxılır. Qan donorluğu könüllülük əsasında həyata keçirilir”, – deyə açıqlamada vurğulanıb.

 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button