Ölkə

At əti satan cinayətkar dəstə ələ keçdi

Cəlilabadda qanunsuz at əti kəsimi ilə məşğul olan şəxslər saxlanılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki,AQTA -nın Lənkəran – Astara regional bölməsinə, Cəlilabad rayon Təzəkənd kəndində heyvandarlıq təsərrüfatında qanunsuz olaraq at ətinin istehsalı ilə bağlı məlumat daxil olub. Daxil olan məlumat əsasında​ agentlik, DİN – nin Cəlilabad Rayon Polis Şöbəsi ilə birgə sözügedən ünvana baxış keçiriblər. Fakt öz təsdiqini tapıb. Heyvandarlıq təsərrüfatında, təxmini çəkisi 600 kq olan 3 baş atın antisanitar şəraitdə kəsilərək​ paketlərə yığılmaq üçün hazırlandığı aşkar edilib. Heyvan mənşəli məhsul müsadirə edilərək götürülüb. Özlərini ferma nəzarətçisi qismində təqdim edən iki qardaş olan fiziki şəxslər Toybəyi Fikrət oğlu Gözəlov, Qüdrət Fikrət oğlu Gözəlov və at ətini kəsərək satacağını bildirən Samir Ziyafət oğlu Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan Samir Əliyev bildirib ki, kənd ərazisində Toybəyinin qardaşı Qüdrətlə rastlaşıb və kəsməyə 3 baş atın olduğunu deyib. Qarşılıqlı razılaşmadan sonra Samir atları fermaya gətirib və kəsiblər. Sonra S.Əliyev at ətini elə at əti adı ilə Bakı şəhərinə aparıb, əvvəlcədən sövdələşdiyi tanımadığı şəxsə satacaqdı.

Qeyd edək ki, kəsilən at ətindən nümunə götürülərək müayinə olunması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təhvil verilib. Agentlik, rayon polis şöbəsi əməkdaşları ilə bu istiqamətdə tədbirlərini davam etdirirlər.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button