Ölkə

Ata oğlunu öldürüb, meyitini parçaladı

Rusiya Federasiyasının Leninqrad vilayətinin Vıborq rayonunda 63 yaşlı təqaüdçü oğlunu öldürüb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, oktyabrın 18-nə keçən gecə Veşçevo kəndində təqaüdçü və onun 30 yaşlı oğlu ad gününü qeyd edərkən birlikdə içki içiblər.

Münaqişə zamanı ata oğlunu dörd bıçaq zərbəsi ilə öldürüb.

Sonra kişi vanna otağında meyiti parçalayıb.

Cəsədin hissələrini torbalara yığıb, maşına yükləyib və oğlunun qalıqlarını Perovka çayı üzərindəki körpüdən atıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədəni elə həmin gün saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button