Ölkə

Ata qızına görə yenidən həbs olundu

Ata qızının təhsil haqqını ödəmək üçün oğurluq edib. O, evin sahibini öldürərək yenidən həbs olunub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az oxu.az-a istinadən bildirir ki, həbsxanadan çıxdıqdan sonra müxtəlif yerlərdə tikintidə fəhlə işləyən Mirzə (Adlar şərtidir) qızı Aysu ilə birlikdə yaşayırdı. Universitetlərdən birində ödənişli əsaslarla təhsil alan Aysu bir gün atasına deyir ki, ödənişi edə bilməsə, onu universitetdən xaric edəcəklər.

Mirzə həbsxana həyatından sonra bir çox adama borclu olduğu üçün o məbləği ətrafında olan heç kəsdən borc kimi belə ala bilməyəcəyini anlayır və oğurluq etmək qərarına gəlir.

Mirzə gecə yarısı gündüzdən gözaltı etdiyi evə oğurluğa gəlir və ev sahibinin içəridə olduğunu görür. Evin sahibi oyananda ondan bütün pulları verməsini tələb edir. O isə pulu gətirəndə qəflətən Mirzəyə hücum edir. Mirzə belindəki çəkici çıxararaq ona ard-arda zərbələr endirir. Ev sahibi aldığı zərbələrdən hadisə yerində həyatını itirir.

Daha sonra Mirzə oğurluq etdiyi evdən götürdüyü pulu qızına verir ki, təhsil haqqı üçün saxlasın. Məbləğin qalanını isə sonra tapacağını deyir.

Mirzə növbəti gün yeni bir evi qarət etmək fikrinə düşür. Küçədə addımlayarkən təsadüfən bir qadını izləyir və onun yaşadığı evin yaxınlığına qədər gedir.

Bir neçə gün müşahidə apardıqdan sonra evə oğurluğa gəlir. O, axtarış apararkən evin sahibi gəldiyi üçün qaçıb gizlənir. Daha sonra belindən çıxardığı bıçaqla qadına hədə-qorxu gəlib, pulları tələb edir. Qadın isə pulları verəndən sonra qışqırır və Mirzə qorxub hadisə yerindən qaçır.

O, sonra oğurladığı pulu qızına verib, təhsil haqqını ödəməsini istəyir. Elə həmin gün Mirzə polis tərəfindən şübhəli şəxs qısmində saxlanılaraq həbs edilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button