Ölkə

Ata və qızının ölümünə səbəb olan sürücünün cəzası məlum oldu

Sabirabadda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rauf Zeynalovun məhkəməsi başa çatıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Zeynalov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, 1978-ci il təvəllüdlü Rauf Zeynalov idarə etdiyi “Milli ÖN” şirkətinin inkassatoru olan “Ford Transit” markalı avtomobillə Sabirabad rayonu, Bala-Həşimxanlı kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan velosipedi vurub. Nəticədə velosipedi idarə edən 1972-ci il təvəllüdlü Əliyev Suliddin Lətif oğlu hadisə yerində ölüb. Oturacaqda əyləşən qızı 2011-ci il təvəllüdlü Əliyeva Zeynəb Suliddin qızı isə xəstəxanada dünyasını dəyişib.

Ekspertizaya təqdim edilmiş videoda sürücünün saatda 50 kilometr sürət təyin edilmiş yolda avtomobili 93 km/saatla idarə etməsi məlum olub.

Məhkəmədə S.Əliyevin həyat yoldaşı təqsirləndirilən sürücünü bağışladıqlarını, onun dəymiş zərəri ödədiyini bildirib.

Məhkəmə R.Zeynalovu Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilib. Ona 4 il sürücülük hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzanın məntəqə tipli müəssisədə çəkilməsi qeyd edilib və sürücü barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib və azadlıqda qalıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button