Ölkə

Atam dedi ki, kəndə atəş açanlara Vaqif, Qurgen və Armanis başçılıq edirdi

Ermənilərin bizə verdiyi işgəncələri heç vaxt yadımdan çıxara bilmirəm.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın məhkəməsində Meşəli hadisələri zamanı zərərçəkmiş Qərib Cəbiyev deyib.

O bildirib ki, hadisə baş verərkən 10 yaşı olub:

“Səhər saat 7-də atam postdan qayıtdı. Həyətdə ocağı yandıranda kəndi atəşə tutdular. Atam bizi götürüb apardı Xəlil kişinin evinə. Bir də gördük Badara kəndinin bütün erməniləri bizə hücum etdi. Vaqif deyir ki, Badara kəndi soyqırımında iştirak etməyib. Badara ermənilərinin arvadları da hücum etdilər. Kişilər bizi atəşə tutdu, arvadları evlərimizi soydu, heyvan-qaranı yığıb apardılar. Biz qaçıb çıxdıq, atam qalıb döyüşdü. Anam ayağından yaralandı. Mən 10 yaşında o soyuqda ayaqyalın çıxmışam kənddən. Gələndən sonra uzun müddət müalicə aldım.

Atam dedi ki, Vaqif, Qurgen və Armanis dəstəyə başçılıq edirdi. Dedi ki, kəndə atəş açanlara onlar rəhbərlik edirdi”.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.

Ona qarşı Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) və 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddələri ilə ittiham elan olunub, barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button