Ölkə

Avropa Azərbaycan Məktəbi ali məktəblərdə İB təlimlər təşkil edir

Avropa Azərbaycan Məktəbi mütəmadi olaraq Bakıda fəaliyyət göstərən digər orta və ali təhsil müəssisələri ilə müxtəlif formatlı əmədaşlıq çərçivəsində bir sıra tədbirlər həyata keçirir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu əməkdaşlığın növbəti təzahürü olaraq AAM-nin direktoru Françesko Bankini oktyabr ayında Bakı Slavyan Universiteti və Azərbaycan Xarici Dillər Universitetinin tələbələri üçün “Tələbələr üçün İB təlimi” mövzusunda silsilə təlimlərə start verdi. Təlim kurslarının əsas məqsədi İB kurrikulumunun əsas tələb və meyarları əsasında peşəkar müəllim profilinin inkişaf etdirilməsi, dərs və tədris prosesinin təşkil olunmasında İB kurrikulumun tətbiq etdiyi metod və vasitələr, eləcə də öyrətməni daha effektiv olaraq təşkil etmək üçün istifadə olunan strategiya, metod və alətlərin tətbiqi vasitəsilə keyfiyyətli tədris mühitinin formalaşdırılması yollarını müəllim namizədlərinə öyrətməkdən ibarətdir.

AAM-nin müxtəlif ali təhsil müəssisələri ilə əməkdaşlıq formatında təşkil olunan “Tələbələr üçün İB təlimi” silsilə təlimləri təhsilin keyfiyyətinin artırılması, müəllim namizədlərinin bilik və peşəkar bacarıqlarının inkişaf etdirilməsi, şagirdlər üçün daha səmərəli, faydalı öyrənmə və öyrətmə mühitinin təşkil edən müəllimlərin yetişdirilməsinə kömək etmək məqsədi güdür.

Bu formatda ilk təlim Bakı Slavyan Universitetinin tələbələri üçün təşkil edildi.

Təlimi giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev AAM-nin direktoru Françesko Bankinini salamlayaraq AAM və BSU arasında olan bu əməkdaşlıqdan məmnunluq duyduğunu və keçirilən təlimlərin tələbələrin gələcək peşə həyatına hazırlaşmalarında böyük rol oynadığını vurğuladı. O qeyd etdi ki, bu təlimlərdə əldə edəcəkləri biliklər müəllim nazmizədlərinə gələcək müəllimlik fəaliyyətlərini daha məhsuldar təşkil etmək imkanı verəcək.

Daha sonra AAM-nin direktoru Françesko Bankini iştirakçıları salamlayaraq bu təlimlərin əhəmiyyətindən və tələblərə pedaqoji fəaliyyətləri boyu kömək edən vasitə olacağından bəhs etdi.

Daha sonra Françesko Bankini təlimlərə start verdi. İnnovativ təlim metodlarından istifadə etməklə tələbələrə yeni biliklər ötürmək və auditoriyanı fəal şəkildə prosesə cəlb etməklə davam edən təlim olduqca məhsuldar keçdi.

Azərbaycan Dillər Universitetində təşkil olunan tədbiri giriş sözü ilə açan Əlavə təhsil, təcrübə və karyera şöbəsinin müdiri Nəsir Xankişiyev təlimlərin məqsədi barədə tələbələrə məlumat verdi. Daha sonra rektorun Müşaviri Anar  Osmanlı AAM-nin direktoru Françesko Bankiniyə əməkdaşlıq üçün təşəkkür edərək ona və tələbələrə uğurlar arzu etdi.

Sonra Françesko Bankini auditoriyanı salamlayaraq təlimin qarşısında duran məqsədlərdən bəhs etdi.

İlk təlim tələbələr tərəfindən maraqla qarşılandı və onlar fəal şəkildə prosesə cəlb olundular.  Onlar təlim boyu müxtəlif suallarla cənab Bankiniyə müraciət etdilər və  yeni məlumatlar əldə etdilər.

Bu təlimlərin gənc peqadoji kadrların peşəkar müəllim kimi formalaşmasına əhəmiyyətli təsir göstərəcəyinə ümid edirik.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button