Ölkə
Avtobusda sürücü ilə sərnişinlər arasında GƏRGİNLİK: “Düşün yerə”
Bakıda marşurut xətlərindən birində problem yaşanıb. Belə ki, Xırdalan şəhəri istiqamətdə hərəkət edən 135 saylı avtobusda sürücü kondisioneri yandırmayıb.
Milli.Az bildirir ki, bu barədə BAKU.WS-in “Qaynar xətti”nə məlumat və görüntülər daxil olub.
Sərnişinlərin hər biri sürücüdən kondisioneri yandırmağı xahiş edib. Lakin sürücü buna məhəl qoymayıb.
Sonda isə o sərnişinlərə avtobusdan düşərək oranı tərk etmələrini bildirib.
Sürücünün sözləri sərnişinlərində əsəb və aqressiyaya səbəb olub.
Sözügedən görüntüləri təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun