Ölkə

Avtomobil aşdı, ölən və yaralananlar var

Hacıqabulda ağır yol qəzası baş verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Padarçöl ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Sabirabad rayon sakinləri Rəhimov Həsən Arif oğlu, 2000-ci il təvəllüdlü Abdullazadə Rəşid Rəşad oğlu və 2005-ci il təvəllüdlü Gülməmmədov Amin Vasif oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Həkimlərin səyinə baxmayaraq, 2003-cü il təvəllüdlü Quliyev Fərhad Ədalət oğlunun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button