Ölkə

Avtomobil idarə edən bu şəxslərə XƏBƏRDARLIQ

Sükan arxasında halı pisləşən sürücü dünyasını dəyişib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə  paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. 75 yaşlı kişinin idarə etdiyi avtomobildə qəfil halının pisləşdiyi bildirilir.  O, avtomobili saxlasa da dünyasını dəyişdiyib.

“İlkin ehtimal kimi həmin sürücünün ürək tutmasından öldüyü deyilir.”

Bu hadisə ürəyində problemi olan şəxslərin avtomobil idarə etməsini aktuallaşdırır. Həkim kardioloq Nemət Bəşirov deyir ki, sükan arxasında qəfil ölümlərin əsas səbəbi, ritm pozğunluğu və infarktdır. Bu səbəbdən də həkim yaşından aslı olamayaraq ürək-damar xəstəlikləri olan şəxslərin avtomobil idarə etməsini riskli hesab edirlər.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirdi ki, ”Yol hərəkəti haqqında” qanunda göstərilir ki, xəstə, yorğun və yuxusuz vəziyyətdə avtomobil idarə etmək təhlükədir. O cümlədən, sürücü xəstədirsə, sağlamlığı ilə bağlı şübhəsi varsa, ümumiyyətlə, sükan arxasına əyləşməməlidir. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button