Ölkə

Avtovağzalın qarşısında DAVA – Tutulan var

Dünən səhər saatlarında Bakı Beynəlxalq Avtovağzalının qarşısında bıçaqlanma olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 06:45 radələrində avtobus sürücüsü Bayramov Elnur İsrafil oğlu avtovağzal kompleksinin yaxınlığında “Mercedes-Benz” markalı avtomobilin sürücüsü Məmmədov Qorxmaz Zəki oğlu ilə mübahisə edib.

Yol hərəkəti qaydaları ilə bağlı yaranmış mübahisə zamanı E.Bayramov əlindəki kəsici alətlə minik maşınının sürücüsünün qarın nahiyəsinə vurub. Ağır xəsarətlər alan şəxs xəstəxanaya çatdırılıb.

E.Bayramov şübhəli şəxs qismində tutulub.

Faktla bağlı Binəqədi RPİ-də Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button