Ölkə

Axirət həyatında ölüm varmı?

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – “Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər” (Məryəm, 39) ayəsi haqqında belə demişdir:

“Qiya­mət gü­nü ölüm ağlı-qaralı, buynuzlu qoç şəklində gətiriləcək.

Sonra carçı: “Ey Cən­nət əhli!”- deyə çağıracaq. Cən­nət əhli başlarını qaldırıb ona tərəf ba­xa­caq­lar.

Carçı: “Bunu tanı­yırsınızmı?”- deyə soru­şacaq.

Onlar: “Bəli, bu ölüm­dür!”- deyə cavab verəcək­lər. Çünki onların hamısı ölümü görmüşdülər.

Sonra carçı: “Ey Cəhənnəm əhli!”- deyə səsləyəcək. Cəhənnəm əhli baş­larını qaldırıb ona tərəf baxacaqlar.

Carçı: “Bunu tanıyırsınızmı?”- deyə so­ru­şa­caq.

Onlar: “Bəli, bu ölümdür!”- deyə cavab verə­cəklər. Çünki onların ha­mı­sı ölümü görmüş­dülər. Bundan sonra ölümün başını kəsəcəklər. Sonra on­la­ra deyilə­cək: “Ey Cənnət əhli, siz əbədi yaşayacaq və heç vaxt ölməyə­cək­si­niz! Ey Cəhənnəm əhli, siz də əbədi yaşa­yacaq və heç vaxt ölmə­yə­cək­si­niz!”

Sonra Peyğəmbər:

“Onları işin bitmiş olacağı peşmançılıq günü ilə qor­xut! Çün­ki onlar qəflətdədirlər…” ayəsini oxudu və: “Bu dün­ya­nın sa­kin­ləri xəbər­siz­dirlər”- dedi, sonra da davam etdi və: “və iman gətir­mir­lər”- deyərək ayəni tamam­ladı.” (əl-Buxari, 4730)

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button