Ölkə

Aybəniz: “Şahnaz xanım üçün Gəncədə qurbanlar kəsildi, nəzirlər verildi”

“Şahnaz xanım Gəncəyə çatar-çatmaz adına deyilən qurbanlar kəsildi və nəzirlər verildi. Bunu edən qohum-əqraba deyil, xalqdır, dövlətdir, Gəncə rəhbərliyidir. Bu qədər sevginin qarşısında baş əyməkdən başqa heç nəyə insanın gücü yetmir…”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

Sənətçi bir neçə gün əvvəl qəfil səhhəti pisləşən bacısı Xalq artisti Şahnaz Haşımovanın sağlamlığına qovuşduğunu və Gəncəyə geri qayıtdığını vurğulayıb: 

“Bir sənətkar bu qədər gərəkli olduğunu gördükdən sonra ölərmi heç? Ölüm ayağında olsa da, dirilər.  Sənə xalq bu qədər dua etsin… Şahnaz xanım evinə sağ salamat döndü.

Hər bir hadisə, canımıza qəfil hücum edən xəstəliklər, bəlalar qarşımıza cıxan böyük bir imtahandır. Allah heç birimizi utandırmasın”. 

Qeyd edək ki, Ş.Haşımova Gəncədə Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsindən Bakıya gətirildikdən sonra müalicəsini Gömrük Hospitalında davam etdirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button