Ölkə

Aylardır həll edilməyən problem çəkilişə görə bir neçə dəqiqəyə aradan qaldırıldı

Xətai rayonu, Məzahir Rüstəmov küçəsində ağac aşıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, “Xəzər Xəbər”in qaynar xəttinə sakinlər tərəfindən buunla bağlı müraciət daxil olub.

Sakinləri iddia edirlər ki, aşan ağacla bağlı müraciətlərinə aylardır ki, tutarlı cavab verən olmayıb.

İddiaya görə, sakinlərin müraciətinə “Kəsməyə mişarımız yoxdur” kimi cavab verilib.

Mövzu ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən “Xəzər Xəbər”ə bildirlidi ki, şiddətli külək nəticəsində aşan ağacın qol-budağı hadisə baş verən gün budanıb, gövdəsi isə iri həcmli olduğundan onun ərazidən uzaqlaşdırlması dərhal mümkün olmayıb.

Çünki küləkli hava şəraiti ilə bağlı bu kimi hadisələr növbəli şəkildə aradan qaldırılır.

Qeyd edək ki, bu gün əraziyə Biriliyin nümayəndəsi gəlib. Təxminən bir neçə dəqiqədən sonra şiddətli külək nəticəsində aşan çoxillik ağacın kötüyü ərazidən xüsusi texnika vasitəsi ilə uzaqlaşdırıldı.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button