Ölkə

Ayrıca mərkəz yaradılsın – Hərbçilərlə bağlı TƏKLİF

Hərbçilərin reabilitasiyası, sosial adaptasiyası üçün olduqca böyük işlər görülür, bu istiqamətə xərclər ayrılır. Amma hərbi xidmətdən tərxis olunan hərbçilərin, o cümlədən döyüşçülərimizin, qazilərimizin ixtisaslaşmış reabilitasiya mərkəzinə ehtiyacı var. Onların həm psixoloji adaptasiyası, həm də tibbi bərpası üçün ayrıca yardım mərkəzinin açılması olduqca vacibdir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

M.Quliyev əlavə edib ki, büdcədə sosisal xərclərin artırılmasını qeyd etməliyik. Büdcə xərclərinin 43 faizinin bu istiqamətə yönəlməsi təqdirəlayiqdir.

“Yəqin ki, ilin sonuna birrəqəmli inflyasiyanın şahidi olacayıq. Hökumət gələn il daha iddialı proqnoz irəli sürüb ki, 5,3 faiz inflyasiyanın olacağı gözlənilir. Arzu edərdik ki, gələn il də ərzaq inflyasiyası birrəqəmli həddə düşsün”, – deyə komitə sədri bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button