Ölkə

Aytəkin Mərdanovadan XOŞ XƏBƏR

Tanınmış aparıcı Aytəkin Mərdanova Xəzər Televiziyasında iki verilişlə tamaşaçıların qarşısına çıxacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, Yenicag.az-a açıqlama verən aparıcı “Qonaq canlı” və “Evdəkilərə salam” verilişi ilə izləyiciləri salamlayacaq.

“Qonaq canlı” verilişində doğum günü olan insanlar yer alacaq, onların istəkləri yerinə yetiriləcək. Hər günün bir səbəbkarı olacaq. Doğum günü olanlar studiyaya zəng edəcək, yaxınlarını təbrik edəcək, yaxud da SMS göndərəcəklər. Sənət adamları da bura daxildir. Doğum günləri olan sənətçilər studiyada özəl günlərini qeyd edəcəklər. Belə deyərdim ki, arzuları gerçəkləşdirən bir verilişdir. Digər verilişim “Evdəkilərə salam” uzun illərdir ki, tamaşaçıların görüşünə gəlir. Bu mövsumdə də tamaşaçıları maraqlı, baxımlı verilişlərlə sevindirəcəyimə söz verirəm”, – deyə o bildirib.

Qeyd edək ki, ötən il hər iki veriliş reytinqlərdə birinci olması ilə fərqlənib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button