Siyasət

Ayxan Hacızadədən Litvanın xarici işlər nazirinə cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin paylaşımına cavab verib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə A.Hacızadə tvitter hesabında qeyd edib.

“Cənab nazir Landsbergis, yaxşı olardı ki, saxta erməni təbliğatına aldanmayasınız. Laçın yolu Ermənistan tərəfindən son üç il ərzində sui-istifadə edilib. Təəssüf ki, bütün bu illər ərzində Litva susqunluq nümayiş etdirib. Azərbaycan Ermənistanın pisniyyətli əməllərinin qarşısını almaq məqsədilə Laçın sərhədində yoxlanış məntəqəsi yaradıb və çatdırmalar üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsini təklif edib. Bu arada isə, Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul qərarı Ermənistanın yoxlanış məntəqəsinin ləğvi üçün müraciətini yekdilliklə rədd edib. Azərbaycan erməni sakinlərin hər iki istiqamətdə nəqlini asanlaşdırır. Ermənistanı sülh prosesini baltalamaq yerinə daha konstruktiv yanaşma nümayiş etdirməyə çağırmaq daha uyğun olardı.”, – deyə o,əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button