Ölkə

Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə etdik

Türkiyə və Azərbaycan həmişə bir millət, iki dövlət anlayışı ilə hərəkət edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyə və Azərbaycan hər zaman bir millət, iki dövlət anlayışı ilə hərəkət ediblər. Bundan sonra yaxşı gündə də, pis gündə də bir yerdə olmağa davam edəcəklər.

İnanıram ki, qarşıdakı dövrdə də iki ölkənin qardaşlığı və dostluğu üçün yaxından işləməyə davam edəcəyik. Dəyərli qardaşım cənab Bayramova bir daha təşəkkür edirəm. İlk fürsətdə Azərbaycana səfər edəcəyəm”, o qeyd edib.

H.Fidan Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə etdiklərini bildirib və Azərbaycan və Türkiyənin regionda sülhün bərqərar olması üçün birgə addımlar atmağa davam edəcəklərini qeyd edib.

Qeyd edək ki, C.Bayramov Ankarada işgüzar səfərdədir.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button