Ölkə
Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi açıqlandı
2023-cü ildə Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard ABŞ dolları olub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Tərəflər bu göstəricidən razıdır”, – XİN rəhbəri qeyd edib.
Ceyhun Bayramov Hakan Fidanla görüşünün faydalı keçdiyini, danışıqların yaxın vaxtlarda müsbət nəticə verəcəyinə inandığını bildirib.
Bundan başqa, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı Azərbaycana dəvət edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun