İrana müalicə üçün gedən azərbaycanlılar – Naxçıvanın Şərur rayon sakinləri Vüsal Quliyev və Rövşən Seyidin bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılması barədə mətbuatda məlumat yayılıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən cümə günü bununla bağlı Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ araşdırılır.
“Hazırda heç bir məlumat yoxdur”, – deyə XİN-dən bildirilib.
Milli.Az