Azərbaycanda bu qədər körpəyə Zəfər adı verildi

Azərbaycanın tarixi Zəfər Gününün ildönümünə sayılı günlər qalıb.
Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, son 5 ildə Zəfər adının neçə körpəyə verilməsini araşdırıb.
Ədliyyə Nazirliyinin rəsmi rəqəmlərinə istinadən məlum olub ki, 2020-ci il Vətən müharibəsinə qədər bu ada müraciət edənlərin sayı az olub.
Ümumilikdə son 5 il ərzində 374 nəfər Zəfər adı ilə qeydiyyata alınıb.
Belə ki, 2019-cu ildə 22, 2020-ci ildə 110, 2021-ci ildə 125, 2022-ci ildə 82, 2023-cü ildə 35 nəfər öz körpəsinə Zəfər adını verib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycanda Zəfər Günü təsis edilib. Sərəncama əsasən, hər il noyabrın 8-i ölkədə Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunur.
Milli.Az