Ölkə

Azərbaycanda çörək yeyənlərin sayı azaldı

Ötən il Azərbaycanda adambaşına 116.6 kiloqram çörək istehlak edilib. Bu isə 2022-ci illə müqayisədə 5.9 kiloqram azdır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, hesabat dövründə ölkədə adambaşına 8.2 kq bitki yağları, 3.9 kq kərə yağı, 25.3 kq şəkər, 1.3 kq çay, 5.8 kq isə duz istehlak edilib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 1 207 152 ton çörək, 120 828 ton bitki yağı, 45 691 ton kərə yağı, 1 036 340 ton şəkər, 15 513 ton isə çay istifadə edilib.

Xatırladaq ki, bu dövrdə özünü təminetmə səviyyəsi, çörək üzrə üzrə 99.7%, bitki yağları üzrə 55.7%, kərə yağı üzrə 67.7%, şəkər üzrə 84.4%, çay üzrə 85.5%, duz üzrə isə 101% olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button