Azərbaycanda nazir vəzifəsindən azad olundu

Azərbaycanda nazir vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov vəzifəsindən azad edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Naxçıvan Muxtar Respubliksı Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Bu gün imzalanan digər sərəncamla Samiq Asəf oğlu Sadıxov Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini təyin edilib.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Samiq Sadıxova verilib.

Milli.Az 

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir