Uncategorized

Azərbaycanda yaşayış binasında partlayış – yaralananlar var – VİDEO – FOTO

20:40

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

FHN-dən Milli.Az-a bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən mənzildə baş vermiş partlayış nəticəsində mənzilin tavanı və dam örtüyünün çökdüyü müəyyən edilib.

Həyata keçirilən axtarış-xilasetmə işləri nəticəsində yanğınsöndürən-xilasedicilər tərəfindən dağıntılar altından bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

XXX

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən həyata keçirilən operativ axtarış-xilasetmə tədbirləri sayəsində  dağıntılar altından daha bir nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. 

Axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək.

———

20:04

Biləsuvar şəhəri Heydər Əliyev prospektində 5 mərtəbəli binanın 5-ci mərtəbəsində partlayış baş verməsi ilə bağlı məlumat Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə daxil olub.

FHN-dan Milli.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ilkin ehtimala görə, mənzildə partlayış qaz sızmasından qeydə alınıb.

Dərhal FHN adiyyatı qurumları hadisə yerinə cəlb edilib. İlkin baxış zamanı partlayış baş berən mənzilin dam örtüyünü çökməsi müəyyən edilib. Hazırda əməliyyat davam etdirilir.

———

19:51

Biləsuvarda yaşayış binasında partlayış olub.

Milli.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.

Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkfaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button