Ölkə
Azərbaycanda zəlzələ oldu – YENİLƏNİB

“İlkin məlumatlara əsasən Azərbaycanla İran sərhədində zəlzələ qeydə alınıb”.
Bu barədə Milli.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Qeyd edilib ki, 09:18-də baş verən zəlzələ sərhəd rayonlarında – Yardımlı, Lerik, Saatlı, Ağdamda hiss olunub.
——
09:26
Lənkəranda zəlzələ olub.
Saat 09:19 radələrində Lənkəranda zəlzələ baş verib. Bu barədə Milli.Az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar təqribən 3 – 4 bal arasında hiss edilib. Zəlzələ Cəlilabadda da hiss edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun