Ölkə

Azərbaycanın BRİKS-ə üzv olmaq müraciətini “həzm edə bilməyənlər”

Dünyanın siyasi xəritəsinin yenidən çizildiyi bir vaxtda ən böyük dövlətlər belə meydanda tək və gücsüz qalmamaq üçün özünə etibarlı müttəfiqlər axtarmaq məsələsində olduqca hərəkətli görünürlər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə 30 illik işğala son qoyub ərazi bütövlüyünü bərpa etməsi Cənubi Qafqazdakı “dəngələrin” bir xeyli dəyişməsinə gətirib çıxardı. Məhz İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dostunu-düşmənini daha yaxşı tanımış oldu. Bu, istər dövlətlər, dövlət başçıları nöqteyi nəzərindən olsun, istərsə də daxildəki radikal qüvvələrin iç üzünün daha da üzə çıxması baxımından önəmli oldu.

Azərbaycanın nəyinki regionda, Şərqi Avropa və Mərkəzi Asiyada mövqelərinin sürətlə möhkəmlənməsi sanki bir çox “siyasətçilərin” yuxusunu ciddi şəkildə qarışdırdı. Rəsmi Bakıya xarici müdaxilə cəhdləri azmış kimi, sapı özümüzdən olanların da tarixi Zəfərimizə kölgə salmaq niyyətlərini gizlədə bilməməsi, hər fürsətdə bunu büruzə vermələri artıq ifrat dərəcədə hiss olunmağa başladı. 

Belə bir zamanda illərdir özünü “siyasətçi” kimi cəmiyyətə pərçimləməyə çalışan Tofiq Yaqublu kimilər üçün planetimizdə baş verən qlobal proseslər fonunda xalqının, dövlətinin maraqları yox, məhz şəxsi mənafeləri ön plana keçir. Necə ki, “dörd daşın arasında” T. Yaqublu növbəti absurd açıqlaması ilə özünü gülüş hədəfinə çevirmiş oldu.

O, Azərbaycanın BRİKS-ə daxil olmaq üçün rəsmi müraciətini “vətənə xəyanət” adlandırıb. Bəli, gözündə tiri görməyənlərin belə sərsəm fikirləri nə siyasətə sığır, nə də vicdana. 

Səbəbi gün kimi aydındır: Fransanın baş rolda yer aldığı Qərbin bəzi ermənipərəst dairələrinin və okeanın o tayından Azərbaycana qarşı olan qərəzli siyasi qərarlar artıq bir neçə ildir artan xətt üzrə özünü göstərir. Bu gün Qərb ölkələrinin Ermənistanı silahlandırması sürətlənib. Baş verənlər göstərir ki, Cənubi Qafqazda maraqlar uğrunda mübarizə aparan Qərb və ABŞ Azərbaycanla sülh danışıqları aparan Ermənistanı silahlandırmaqla bölgədə revanşizmin körüklənməsinə və sülh perspektivinin “dəfn edilməsinə” can atır. Bu isə yaxın gələcəkdə bölgədə növbəti eskalasiya riskini qaçılmaza çevirə bilər. 

Qərbin Azərbaycana qarşı niyyəti-məramı artıq tam bəllidir. Belə olan halda rəsmi Bakı təbii ki, əlini gücləndirmək, daha etibarlı tərəfdaşlarla dünyadakı qlobal proseslərə hazır olmaq üçün alternativlər axtarışında çevik davranmalıdır. Elə bunu nəzərə alsaq Bakının Brazilya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirliklərinin yer aldığı BRİKS-ə üzv olmaq üçün müraciətini ən doğru qərar hesab etmək olar. 

Amma görünür Azərbaycanın bu təşəbbüsü Tofiqi yaman narahat edib. Yəqin Tofiq bundan sonra Qərbin ermənipərəst qüvvələrinin Bakıya təzyiq və təsirlərinin nisbətən daha da azalacağından narahatlıq keçirir. Amma, cənab Tofiq Yaqublu, narahatlıq üçün heç bir əsas yoxdur. Özünü bu qədər üzmək əvəzinə ölkənin tutduğu mövqe, yer və ona qarşı cəbhə alanların hansı qütbdə cəmləşdiyini bilsən heç bu qədər narahatlığa da əsas qalmaz. 

Hə, sonda onu da qeyd edim ki, 2015-ci ildən etibarən BRİKS infrastruktur layihələrini dəstəkləmək və böhranlar zamanı maliyyə yardımı göstərmək üçün iki maliyyə institutu formalaşdırıb. Hər biri 100 milyard dollar kapitalı olan bu təşkilatlar BRİKS-in siyasi təkamülünü formalaşdırmağı qarşıya məqsəd qoyub ki, bu da BRİKS-in Beynəlxalq Valyuta Fondu (IMF) və Dünya Bankı kimi Qərb maliyyə qurumlarının hakim olduğu “Bretton Vuds” sisteminə alternativ yaratmaq istəyini təmsil edir.

Təkcə onu xatırladaq ki, Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz ərazi bütövlüyünü bərpa edəndə mövcud beynəlxalq qurumlar beynəlxalq hüququ qorumaqdansa, Qərbin güc dövlətlərinin maraqlarına xidmət edərək bu və digər yollarla təcavüzkarı dəstəklədilər. BRİKS hələ o gücə malik olmasa da, bu təşəbbüslər onun üzvlərinin “Bretton Vuds” institutlarının siyasi qərəzlərini qəbul etmək istəməyənlər üçün gələcək vəd edən bir təşkilata çevrilir.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button