Azərbaycanın COP çərçivəsində təşəbbüskar olduğu layihələr olduqca uğurludur
COP29-un gündəliyində olan əsas mövzulardan biri iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə məsələsi olacaq və düşünürəm ki, Azərbaycanın rəhbərliyi ilə nəzərdə tutulmuş maliyyə hədəflərinə nail olmaq mümkün olacaq.
Bunu “Report”un ABŞ bürosuna açıqlamasında İtaliyanın İqlim Dəyişikliyi üzrə xüsusi elçisi Françesko Korvaro söyləyib.
COP29-a hazırlıqlar çərçivəsində bir neçə dəfə Bakıda səfərdə olmuş elçi bildirib ki, Azərbaycanın COP çərçivəsində təşəbbüskar olduğu layihələr olduqca uğurludur: “Bu COP asan olmayacaq, çünki biz maliyyə məsələsini müzakirə etməliyik və mən hesab edirəm ki, Azərbaycanın rəhbərliyi ilə COP üçün maliyyənin vacibliyinə nail olmaq mümkündür. Bundan əlavə, onların təşəbbüskarı olduğu bir çox layihələr var və mən inanıram ki, onların yaxşı nəticələr verəcək”.
O, İtaliyanın “Azərbaycanın COP29 komandası ilə iqlim və sülhü birləşdirən “İqlim, sülh və insan mobilliyi” təşəbbüsü ilə bağlı həqiqətən uğurlu əməkdaşlıq içində” olduğunu vurğulayıb:
“COP komandası ilə yaxından işləyirik və iqlim dəyişikliyi ilə əlaqəli miqrasiya problemi, qida təhlükəsizliyi ilə bağlı konkret addımların atılması üçün geniş fəaliyyətlər planı həyata keçiririk və mən Azərbaycanla əməkdaşlıqdan çox məmnunam. Azərbaycana COP prezidentliyində uğurlar arzulayıram, düşünürəm ki, onlar fərqliliklər edəcəklər”.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun