Ölkə

Azərbaycanla bu ölkə arasında birbaşa aviareyslər açılacaq

Bakıda Tacikistanın Azərbaycandakı səfiri İlham Abdurahman ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev arasında görüş keçirilib, görüşdə iki ölkə arasında birbaşa aviareyslərin açılması məsələsi qaldırılıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüş zamanı elektron hökumətin və rəqəmsal texnologiyaların tətbiqi sahəsində təcrübə mübadiləsi, regional nəqliyyat kommunikasiyaları çərçivəsində əməkdaşlığın əlaqələndirilməsi məsələləri müzakirə edilib, o cümlədən Orta Dəhliz üzrə yük axınının artırılması məsələsinə toxunulub.

Qurumdan verilən informasiyaya görə, görüşün digər mövzusu Düşənbə-Bakı-Düşənbə marşrutu üzrə uçuşların bərpası olub.

“Abdurahman və Nəbiyev həmçinin bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında Tacikistanın sənaye seqmenti nümayəndələrinin iştirakını müzakirə ediblər”, – məlumatda deyilir.

Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button