“Azərbaycanla düşmən dili ilə danışmaq olmaz”

Azərbaycan-Qazaxıstan sənədləri imzalanıb

“Azərbaycanla düşmən dili ilə danışmaq olmaz. Erməni katolikosu din ilə siyasətin yerini səhv salıb”.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır.

“Din adamları müharibə üçün yox sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir və din adamlarının siyasətə qarışması doğru deyil” – deyə din xadimi vurğulayıb.

Xatırladaq ki, erməni kilsəsinin baş katalikosu II Qaregin erməniləri yeni müharibəyə səsləyib.

Milli.Az

Qazi.az

Leave a comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir