Uncategorized

Azərbaycanlılar Türkiyədə kimi Prezident görür? – SORĞU

Azərbaycanda respondentlərin 90.4%-i mayın 14-də Türkiyədə keçiriləcək seçkilərdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini dəstəkləyib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu, Sosial Tədqiqatlar Mərkəzinin apardığı rəy sorğusu nəticəsində məlum olub.

Qurumun İdarə Heyətinin sədri, deputat Zahid Oruc bildirib ki, sorğuda iştirak edənlərdən seçkilərdəki dörd namizəddən hansını dəstəklədiyi və hansı namizədin qalib gələcəyini ehtimal etdiyi barədə rəylərini qeyd etməsi istənilib: “Onların 5.1%-i Kamal Kılıçdaroğlunu, 0.8%-i Məhərrəm İncəni, 0.1%-i Sinan Oğanı qalib görmək istədiyini bildirib. İştirakçıların 3.5%-i hansı namizədi dəstəkləməsi ilə bağlı rəyini bölüşməyib.
İştirakçılar arasında Kamal Kılıçdaroğlunu tanıyanların 89.5%-i, Sinan Oğanı tanıyanların 89.8%-i, Məhərrəm İncəni tanıdığını qeyd edənlərin 87.8%-i prezident vəzifəsində yenidən Rəcəb Tayyib Ərdoğanı görmək istədiyini ifadə edib”.

Sorğu iştirakçılarının namizədlərə olan dəstəyi ilə yanaşı, hansı namizədin qalib gələcəyi ilə bağlı ehtimalları öyrənilib.

Respondentlərin 87.8%-i 14 mayda keçiriləcək prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qalib gələcəyini düşünür.

Cəmi 6.3% Kamal Kılıçdaroğlunun qalib gələcəyi ehtimalını bölüşərkən, Məhərrəm İncə və Sinan Oğan cavabını qeyd edənlər 0.8% və 0.3% təşkil edib. Respondentlərin 5.9%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib. Ərdoğanı dəstəkləyənlərin 96.7%-i onun qalib gələcəyini ehtimal edib. Həmçinin Kılıçdaroğlunu dəstəkləyənlərin (6.3%) yarısı seçkilərdə Ərdoğanın qalib gələcəyi ehtimalını bölüşüb.

Milli.Az 

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button