Ölkə

Azərbaycan Əczaçılıq Sənayesində Yeni Səhifə

Cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkə iqtisadiyyatının və cəmiyyətinin bütün sahələrində, o cümlədən, səhiyyə sistemi və əczaçılıq sənayesində ardıcıl islahatlar aparılmaqdadır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu islahatlar çərçivəsində hazırda Azərbaycanda müasir əczaçılıq fabriklərinin tikinti  strategiyası həyata keçirilir ki, bunun da əsas məqsədi tez bir zamanda yerli dərman istehsalının inkişaf etdirilməsi və əhalinin daha sərfəli qiymətlərlə effektiv dərman vasitələri ilə təmin olunmasıdır.

Eyni zamanda bu həm də ölkənin valyuta resurslarına yükü azalda bilən idxal əvəzedicisinin yaradılması üsulu hesab olunur.

Qarşıya qoyulan vəzifəyə uyğun olaraq, Azərbaycanda ilk əczaçılıq zavodunun “Scandens Pharmaceutical Industries LTD” MMC-nin tikintisi uğurla həyata keçirilir və tamamlanma mərhələsindədir.

“Scandens PI Ltd” MMC ilk mərhələdə, 90 növdən çox tabletlər, kapsullar və qranullar şəklində bərk formalı dərman vasitələri istehsal edəcək.

Həmçinin, infuziya preparatları, ampulalar, flakonlar və göz damcıları şəklində steril məhlulların istehsalı da planlaşdırılır.

İkinci mərhələdə antibiotiklərin, daha sonrakı mərhələlərdə isə onkoloji preparatların istehsalı nəzərdə tutulub.

Zavod ilkin xammaldan hazır məhsula qədər dərman preparatları istehsalının bütün mərhələlərlə tam dövrünü həyata keçirəcək.

Şirkətimiz Bosh- Syntegon, Uhlmann, Fette, Glatt, Fläktgroup, Stilmass və digər tanınmış dünya istehsalçılarının ən müasir yüksək texnologiyalı avadanlıqlarından istifadə edərək Azərbaycanda ÜST GMP və Eu GMP beynəlxalq standartlarına tam uyğun dərman vasitələrinin istehsalını həyata keçirəcək.

“Scandens PI Ltd” əczaçılıq zavodunda 200-dən çox yüksək ixtisaslı mütəxəssis çalışacaq.

31 iyul 2023-cü il tarixində  Azərbaycanın  “Scandens PI Ltd” şirkəti ilə  125 illik tarixə malik Avropanın ən qədim istehsal şirkətlərindən biri olan Gedeon Rixter arasında Budapeştdə imzalanan müqavilə, Azərbaycan əczaçılıq sənayesinə böyük tarixi addım kimi düşdü. Belə ki,  Müqaviləyə əsasən Gedeon Rixter şirkəti öz dərman vasitələrinin istehsalını “Scandens PI Ltd” ilə birlikdə “Scandens PI LTD “nin Azərbaycandakı istehsalat bazasında  həyata keçirəcək.

Gedeon Richter preparatları 30 ildən artıqdır ki, Azərbaycan bazarına təqdim olunur və Respublikanın tibb ictimaiyyəti arasında keyfiyyətinə və effektivliyinə görə böyük inam qazanmışdır.

Müqaviləyə görə, onların lisenziyası əsasında Gedeon Rixter tərəfindən hazırlanmış orijinal dərman vasitələrinin, eləcə də bazarın tələbatını ödəmək üçün zəruri olan generik dərmanların istehsalı planlaşdırılır.

Əczaçılıq sənayesi çox innovativdir və dərin tədqiqat, inkişaf, innovasiya və ən son texnologiyanın tətbiqini tələb edir.

“Scandens PI Ltd” -nin siyasətində mühüm istiqamətlərdən biri də yüksək ixtisaslı kadrların hazırlanmasıdır.

Məhz buna görə də Azərbaycanlı Tələbələrin Avropada Əczaçılıq fakültəsində təhsil alan tələbə və magistrlar kimi, Macarıstanın Peçsi Universitetində – “Pecsi Quinqueecclesiensis Alapitvany”  və tədris bazası olan Panon Pharma Şirkətində  təhsil alması və təcrübə keçməsi üçün müqavilə hazırlanmışdır.

Öz növbəsində, “Scandens PI Ltd” zavodunda da Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsi tələbələrinin təcrübə keçməsi üçün hər cür şərait yaradılacaq.

“Scandens PI Ltd” -in müəyyən etdiyi planların həyata keçirilməsi Azərbaycanda yüksək keyfiyyətli əczaçılıq məhsullarının istehsalına və əczaçılıq sənayesi üçün peşəkar kadrların artırılmasına gətirib çıxaracağına inanırıq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button