Uncategorized

Azərbaycan Balkan ölkələri ilə münasibətlərində də yeni səhifə açmaqdadır

Beynəlxalq nüfuzu sürətlə artan ölkəmizin dünya dövlətləri ilə çoxsahəli əlaqələri durmadan genişlənir. Son zamanlar Avropada müşahidə olunan hadisələr fonunda enerji böhranının yaşandığı dövrdə Azərbaycanın əhəmiyyəti daha da artmaqdadır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Avropanın enerji təchizatında getdikcə mühüm rol oynamağa başlayan Azərbaycanın sıx əməkdaşlıq etdiyi ölkələr sırasında Bolqrıstanın xüsusi yeri vardır. Son dövrlər Balkan regionu Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib və ölkəmiz də bu bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Hazırda Azərbaycanın Balkan regionu ölkələri ilə münasibətlərində dinamizm müşahidə olunur, o cümlədən bu bölgənin bir parçası olan Bolqarıstanla əməkdaşlığı dinamik şəkildə inkişaf edir. Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Bolqa­rıstanla sıx əlaqələr quraraq qarşılıqlı münasibətlərini son onilliklər ərzində getdikcə möhkəmləndirib. Siyasi, iqtisadi, elmi, tex­niki və mədəni sahələrdə münasibətlər sürətlə inkişaf edib. Hər iki respublikanın dövlət başçısı tərəfindən qarşılıqlı əlaqələrin genişlənməsinə xüsusi önəm verilib. Prezident İlham Əliyevin bu ölkəyə səfəri də bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə münasibətlər yeni mərhələyə başlayıb. Bu, son dərəcə mühüm sənəd tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə həm ikitərəfli formatda, həm də beynəlxalq aləmdə iki ölkə arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirmək məqsədi daşıyırdı.

Dövlətimizin başçısının bu gün Bolqarıstana səfəri böyük əhəmiyyət daşıyır. Azərbaycanla Bolqarıstan ara­sında strateji əməkdaşlıq bir çox istiqamətləri, o cümlədən, enerji təhlükəsizliyini əhatə edir. Belə ki, iki ölkə arasında enerji sahəsi ilə bağlı məsələlər mühüm önəm daşıyır. Bu, ilk növbədə, Cənub Qaz Dəhlizinin istismarı ilə bağlıdır. Belə ki, hazırda bu ölkəni adıçəkilən dəhlizlə birbaşa xətt bağlayır. Belə bir kommunikasiya isə gələcəkdə böyük potensialı olacaq uzunmüddətli əməkdaşlığın əsasını təşkil edir. Cənub Qaz Dəhlizi çox say­da müxtəlif maraqlı tərəfləri özündə əhatə edən mürəkkəb bir layihədir. Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu layihə dün­yada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir.

“Anlaşma Memorandumu” Avropanın qaz tədarükündə mühüm addımdır

Səfər gedişində bu gün Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib. Prezident İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər.  Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Aİ üçün prioritet layihə

Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarı­na daşımaqla dünyanın enerji xəritəsini dəyişir. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Bu gün Azərbaycan Bolqarıstan da da­xil olmaqla Avropa ölkələri üçün şaxələndirilmiş qaz təchizatının sabit və strateji mənbəyi, həm də etibarlı tərəfdaşdır. Azərbaycan enerji istiqamətində əməkdaşlıqla bərabər, həm də nəqliyyat, ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi digər sahələr də münasibətlərin daha da güclənməsini diqqətdə saxlayır. Nəqliyyat sahəsinin inkişafı da hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi hər iki respublika üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına gi­riş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış im­kanı kimi rolunu daha da artırır.  Eyni zamanda iki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. 2022-ci ilin yanvar-iyul aylarında ikitərəfli ticarət dövriyyəsi 80 milyon ABŞ dollarını keçmişdir.

İki ölə arasında energetika sahəsində aməkdaşlıq strateji səviyyəyə çatıb. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cənub Qaz Dəhlizinin malyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. “Şahdəniz” yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulub.

Kamran Seyidov
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button