Uncategorized

Azərbaycan bu sahədə regional lider və Aİ üçün etibarlı tədarükçü ola bilər – Vladimir Roqov

Azərbaycan mühüm regional lider və Aİ üçün aşağı karbonlu hidrogen tədarükçüsü ola bilər.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Trend-ə “Boston Consulting Group” (BCG) şirkətinin idarəedici direktoru və tərəfdaşı Vladimir Roqov deyib.

Ekspert bildirib ki, 2050-ci ilədək dünyada aşağı karbonlu hidrogenə investisiyalar 6-12 trilyon ABŞ dolları təşkil edəcək.

“Lakin bunun 300-700 milyard ABŞ dollarını artıq 2030-cu ilədək ayırmaq lazımdır. Azərbaycan özünün unikal rəqabət üstünlükləri sayəsində hidrogen trendinin benefisiarlarından birinə çevrilə bilər. “Yaşıl” hidrogen sənayesinin inkişafı üçün bütün faktorların mövcudluğu sayəsində Azərbaycan regional lider və Aİ üçün etibarlı tədarükçü ola bilər. “REPowerEU” Avropa güzəştli maliyyələşdirmə proqramı çərçivəsində “yaşıl” enerji layihələrinin dəstəklənməsi və investorların artmaqda olan marağı ölkənin bərpa olunan enerji mənbələri (BEM) və hidrogen sektorunun sürətli inkişafına əlverişli şərait yaradır”, – deyə o qeyd edib.

V.Roqovun sözlərinə görə, aşağı karbonlu hidrogen əsas kimyəvi maddələrin istehsalı, aviasiya, poladtökmə sənayesi, dəniz nəqliyyatı və avtomobil nəqliyyatı ilə uzaq məsafələrə yük daşımaları kimi dekarbonizasiyası çətin olan sahələrdə karbon tullantılarının azaldılması üçün innovativ imkan olmaqla 2050-ci ilədək karbon neytrallığına nail olmaq məqsədilə istifadə olunacaq.

“Aşağı karbonlu hidrogen təbii qazdan və ya metandan əldə olunan “boz” hidrogendən fərqli olaraq külək və ya dəniz enerjisi kimi bərpa olunan enerji mənbələrindən, yaxud karbon tutma və saxlama ilə birgə qazıntı yanacaqlarından əldə edilmiş elektrik enerjisindən istifadə etməklə elektroliz metodu ilə istehsal edilir”, – deyə o əlavə edib.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button